Zelenski Donetskə getdibackend

Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətinə gəlib və burada Baxmutun müdafiəçilərini mükafatlandırıb.

“Yeni Gundem” Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna prezidentinin ofisi Zelenskinin səfərinin kadrlarını yayıb.

“Bu gün burada, ölkəmizin şərqində, Donbassda olmaqdan şərəf duyuram. Qəhrəmanlarımızı mükafatlandırmaq – sizə təşəkkür etmək, əlinizi sıxmaq şərəfdir. “Ukraynanın dövlətini, suverenliyini və şərqini qoruduğunuz üçün sizə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.

Fərahim Rəhimov