Zelenski ilə Bakıya gələn azərbaycanlıbackend
Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri çərçivəsində Bakıda təşkil olunmuş Azərbaycan-Ukrayna biznes forumunda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin müzakirəsinə xüsusi önəm verildiyi bir daha özünü göstərdi.
Müzakirələrdən də göründü ki, hər iki ölkə tərəfindən qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq, sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə start veriləcək.

 

Biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunurdu.
 Bu forumda Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri, “A A” şirkətlər qrupunun prezidenti Əli Əliyev də Ukraynada yaşayan azərbaycanlı iş adamı olaraq iştirak edib. Əli Əliyevin rəhbərlik etdiyi qurumun təşəbbüs və dəstəyi ilə Ukraynada görülən quruculuq-abadlıq işləri, reallaşan bir sıra layihələrin səsi-sorağı əlbəttə ki, hər zaman öz doğma yurdunda da eşidilir.
Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi zaman-zaman Ukraynanın müxtəlif bölgələrində sosial layihələrə investisiyalar qoyur, tarix şəhərlərin bərpasında yaxından iştirak edir.
Həmyerlimizin dəstəyi ilə bu yaxınlarda Ukraynanın Vinnitsa şəhərində təmənnasız olaraq uşaq bağçası kompleksi tikilərək istifadəyə verilib. Əlbəttə, dünyanın bütün ölkələrində belə azərbaycanlı iş adamlarının sayının çox olması, yaşadıqları regionun tanınmış simalarına çevrilməsi bizim üçün qürurvericidir.