Zelenski Polşaya səfər edəcəkbackend

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 3-də Polşaya səfər edəcək.

“Yeni Gündəm”-in verdiyi xəbərə görə, səfər çərçivəsində Ukrayna Prezidenti polşalı həmkarı Andrezj Duda ilə görüşəcək.

Ukrayna Prezidenti Polşa Konstitusiyasının 230 illiyi ilə bağlı mərasimə qatılacaq.

Polşa Prezidentinin də avqust ayında Ukraynaya səfəri planlaşdırılıb.