Zelenski: “Putin nə baş verdiyini dərk etmir”backend

Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonu bir neçə amildən asılıdır. Bu amillər tərəflərin sülh istəyi, Ukraynanın maliyyə gücü və Qərb ölkələrinin Rusiya ilə döyüşmək qorxusunun olmamasıdır.

“Yeni Gündəm” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, müharibənin başa çatması həm də Rusiyanın istəyindən asılıdır, çünki istənilən halda onsuz da bitəcək.

“Biz başa düşürük ki, müharibənin hərbi hissəsi var və ondan sonra hər halda sülh prosesi və danışıqlar masası olacaq, bunun sonunda isə mütləq sülh olacaq. Məsələ Ukraynanın kimlə, hansı Rusiya prezidenti ilə danışıqlar aparacağındadır. Bu həm də Rusiyanın hazırkı prezidentinin istəyindən asılıdır.”, deyə Zelenski vurğulayıb.

Onun fikrincə, Rusiyanın hazırkı prezidenti nə baş verdiyini dərk etmir.