Zelenski SSRİ-nin izini tamamilə itirir – FƏRMANbackend

Ukrayna Prezidenti Volodimir Zelenski qanunvericiliyin desovetləşdirilməsi (sovetsizləşdirilməsi) haqqında qanun imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk bildirib.

Prezidentin imzaladığı “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” fərmana əsasən, Ukrayna qanunvericiliyində “Böyük Oktyabr Sosialist İnqilabının qələbələrindən” bəhs edilməyəcək.

Bununla yanaşı qanunda qeyd olunur ki, ölkədə kommunist partiyasının hazırladığı proqramlara heç bir istinad olunmayacaq.

Stefançuk əlavə edib ki, qanun həmçinin SSRİ və Ukrayna SSR-nin dövlət hakimiyyəti və idarəetmə orqanlarının hazırladığı 1,2 minə yaxın aktın tamamilə “təmizlənimə”sini nəzərdə tutub.