Zelenski vacib qanun imzaladıbackend

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi əməliyyatını dəstəkləyən fiziki şəxslərin aktivləri ilə bağlı sanksiyaların effektivliyini artırmaq üçün yeni qanun imzalayıb.

“Yeni Gündəm” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, qanun fiziki və ya hüquqi şəxsə məxsus əmlakın, habelə onların bilavasitə və ya dolayısı ilə sərəncam verə biləcəyi sərvətlərin dövlət tərəfindən müsadirə edilməsi şəklində yeni sanksiyalar növü müəyyən edir.

Məlumata görə, qanun işğalçıların (Rusiya-red) Ukraynaya qarşı təcavüzünü bu və ya digər şəkildə dəstəkləyən, sanksiyaya məruz qalmış şəxslərin aktivlərinin müəyyən olunaraq müsadirə edilməsi proseduru düşmənlər hesabına Ukrayna büdcəsini tez və effektiv şəkildə doldurmağa imkan verəcək.