Zelenskidən ölkədə dövlət çevrilişi ilə bağlı açıqlamabackend

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-i ölkədə dövlət çevirilişi cəhdinin hazırlanması barədə məlumat əldə edib.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, biznesmen Rinat Ahmetov bu planda iştirak edir və bunun üçün ona milyardlarla dollar ayrılır.

Bununla yanaşı, Zelenski bildirib ki, dövlət çevirilişinə və sahibkarın bu prosesdə iştirak edəcəyinə inanmır.

Qeyd edək ki, 55 yaşlı milyarder R. Ahmetov həm də Ukrayna Ali Radasının “Regionlar Partiyası”ndan deputatıdır. Oliqarx 1996-cı ildən “Şaxtyor” futbol klubunun prezidentidir