“Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın əməkdaşlıq mərkəzinə çevrilməsi deməkdir” – YAP sədrinin müavinibackend

“Azərbaycan tarixinin ən parlaq səhifəsi Zəfərdir, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

YAP Mərkəzi Aparatının rəhbəri deyib ki, bu, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir: “Bu qələbə Cənubi Qafqazda, Avrasiya regionunda yeni reallıq yaratdı. Zəngəzur dəhlizinin açılması kommunikasiya xətlərinin bərpası, Cənubi Qafqazın əməkdaşlıq mərkəzinə çevrilməsi deməkdir”.