“Zəngəzur dəhlizinin reallaşması yükdaşımaların artırılmasına gətirib çıxaracaq” – Vüqar Bayramovbackend

Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurması Azərbaycan üçün beynəlxalq yükdaşımaların eyni zamanda nəqliyyat-logistikasının inkişafı baxımından vacibdir.

Bu sözləri “Yeni Gundem”- ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

Millət vəkili vurğulayıb ki,Azərbaycan praktiki olaraq beynəlxalq yükdaşımalarda regiona çevirilməkdədir.
“Nəzərə alsaq ki,işğaldan azad olunan ərazilərimiz həm Qərb-Şərq,Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunub.Bu inteqrasiya imkan verir ki,həmin ərazilərimizin bərpasından sonra nəqliyyat istiqamətində xüsusi paya malik olsun.Zəngəzur dəhlizinin reallaşması yükdaşımaların artırılmasına gətirib çıxaracaq.Azərbaycan praktiki olaraq beynəlxalq yükdaşımalarda regiona çevirilməkdədir.Ötən il Azərbaycan üzərindən daşınan beynəlxalq yükdaşımaların həcmində 30 faizdən çox artım qeydə alınıb.Buda birbaşa qeyri-neft sektorunun daxilolmaların artması baxımından vacibdir.İşğaldan azad olunan torpaqlarımız növbəti illərdə iqtisadi baxımdan xüsusi mövqeyə malik olacaq.Nəticə etibarı ilə imkan verəcək ki, Azərbaycan həmin ərazilərimizin bərpa yenidən quruması iqtisadiyyatın formalaşması və reinteqrasiyası sahəsində daha fəal iştirak etsin”-deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov