Zəngəzur dəhlizinin son görüntüləri – FOTObackend

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

“Yeni Gundem” AAYDA-ya istinadən xəbər verir ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub.

Texniki göstəricilər:

–    Yolun ümumi uzunluğu – 123,6 km

–    Yolun texniki dərəcəsi – 1B

–    Hərəkət hissəsinin eni – 14-21 m

–    Hərəkət zolaqların sayı – 4-6

–    Torpaq yatağının eni – 21,5 – 29,5 m

–    Boruların sayı –  265 ədəd (16 818 m)

–    Düzbucaqlı borular – 41 ədəd (2 737 m)

–    Alt keçidlər – 55 ədəd (3 850 m)

–    Körpülər – 27 ədəd (1 900 m) (15 ədəd su ötürücü körpü,12 ədəd yol ötürücü körpü)

–    Qovşaqlar – 7 ədəd (252 m)

–    Tunellər – 3 ədəd (12 026 m)

–    İstinad divarı – 1500 m (D/beton – 500 m, daş – 1000 m)

–    Asfalt işləri – 950 000 m3

Yolun konstruksiyası:

–    Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı 23 sm

–    Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) – 20 sm

Ətraflı

–    Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) – 20 sm

–    Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) – 16 sm

–    Yol geyiminin alt qatı (binder, iridənəli a/b) – 7 sm

–    Yol geyiminin üst qatı (xırda dənəli a/b) – 5 sm

İcra olunub:

–    Torpaq yatağı – 70,19 km,

–    Hamarlayıcı layı – 47,79 km,

–    Əsasın alt layı (subbase) sol tərəfdə – 40,43 km və sağ tərəfdə – 34,59 km,

–    Əsasın üst layı (base) sol tərəfdə – 40,15 km və sağ tərəfdə – 31,43 km,

–    Bitumlu təməl layı sol tərəfdə – 35,77 km və sağ tərəfdə – 26,31 km,

–    Binder layı – 8,08 km.

•    Dairəvi borular – 202 ədəd tikilib, 32-də işlər davam edir.

•    Düzbucaqlı borular – 26 ədəd tikilib, 4-də işlər davam edir.

•    Alt keçidlər – 44 ədəd tikilib, 2 -də işlər davam edir.

•    Körpülər və qovşaqlar – 12 körpü tikilib, 12 körpüdə tikinti işləri davam edir.

•    Tunellər:

–    T1 tuneli (sol 1007,55 m, sağ tunel 1033,2 m). Tuneldə qazma, püskürtmə beton işləri və kəmər betonu (40 sm)  tamamlanıb.

Tarix: 28 Fevral 2023, 14: