Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün yeni tarixin başlanğıcı olmaqla yanaşı, ədalətin də bərpasıdırbackend

Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir

Azərbaycanla Türkiyə arasında münasibətlər daha sıxdır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəklədi və bundan sonra da belə olacaqdır. Öz torpaqlarımızın işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə qardaş dövlət və xalq olaraq daima yanımızdada oldular. Türk dünyasının və türk dövlətlərinin birliyinin daha da gücləndirilməsi baxımından Zəngəzur dəhlizinin dəyərini ciddi qiymətləndirmək lazımdır.

Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaqdır. Zəngəzur dəhlizindən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da artmasına gətirib çıxaracaqdır. Bu dəhlizin təkcə iqtisadi yox, siyasi, mədəni və mənəvi baxımdan da önəmi böyükdür. Bu amil türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Azərbaycan Televiziyasına müsahibələrində qeyd etmişdir ki, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir.

Abbas Nağıyev – Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Zəngəzur dəhlizinin açılması milli hədəfdir

İllərdir Ermənistanın yürütdüyü siyasət məlumdur. Məqsəd təkcə Azərbaycan üçün deyil, bu dövlət bütün türk dünyası üçün təhlükədir. İllər öncə Zəngəzuru alaraq türk dünyasını parçalayan Ermənistan istədiklərinə nail ola bilmədi. Ali Baş Komandan cənab ilham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfər nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanımızla quru əlaqələrimiz yaranacaqdır. Bu dəhlizin açılması milli hədəf, bu layihə tarixi layihədir. Düşünün, təkcə bu layihə ilə Azərbaycan dövləti ilə dostumuz Türkiyə arasında quru əlaqələrimiz tamamlanmayacaq, Azərbaycan və türk dünyası ilə güclü bağın yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək.
Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən həm keçmiş dəmiryolu bərpa olunacaq, həmçinin kommunikasiyaların açılması, boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir. Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu isə Türk dünyasının birləşməsi deməkdir.
Cənab Prezidentimiz Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.”

Veysəl Sadıqov – Şəftəhal kənd sakini, ağsaqqal

Türk dünyası ölkələrin  birləşdirən mühüm nəqiliyyat dəhlizi Zəngəzurdan keçir

Tarixin müxtəlif dövrlərində Azərbaycan torpaqları olan ərazilər bəzi qəsbkar qonşu dövlətlər tərəfindən ələ keçirilmişdir. Bu ərazilərdən bir hissəsi də Zəngəzur bölgəsidir. Zəngəzur bölgəsi keçən əsrin 20-ci ilərindən etibarən ermənilər tərəfindən  aparılan etnik təmizləmə və Rusiyanın dəstəyi ilə ələ keçirilmişdir. Bunun nəticəsində Azərbaycanın Naxçıvanla quru əlaqəsi kəsilmişdir. Və bu işğal nəinki Azərbayca, hətta bütün Türk dünyası üçün böyük zərbə olmuşdur. Çünki Türk dünyası ölkələrin  birləşdirən mühüm nəqiliyyat dəhlizi Zəngəzurdan keçir.
Ali Baş Komandan cənab ilham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində imzalanmış 10 noyabr Bəyannaməsinə əsasən Ermənistan rəhbərliyi Türk dünyasını birləşdirən Zəngəzur dəhlizinin açılmasını qəbul etmişdir. Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Mərkəzi Asiyada yerləşən türk dövlətlərini ən qısa yolla əlaqələndirəcəkdir. Bu dəhlizin bərpa olması nəinki Türk dünyası ölkələri üçün, hətta regionda yerləşən digər qonşu ölkələrin mədəni, iqtisadi əlaqələrin qurulmasında və inkişafında mühüm rolu vardır. cənab Prezidentimiz müsahibələrində dəfələrlə bildirmişdir ki, Zəngəzur həm Türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır.

Mirzə Məmmədov – Təzəkənd kənd sakini, ağsaqqal

Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti

Azərbaycan Televiziyasına müsahibəsində “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim bu çağırışı da edirdi ki, türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi digər ölkənin problemi kimi qəbul olunmalıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur.
Türkiyə-Azərbaycan üçün, o cümlədən  bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələri olduqca əlverişlidir. Ona görə də, bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri olmalı və dayanıqlı inkişaf istehsal mərkəzləri formalaşmalıdır. Bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Eyni zamanda, Naxçıvanla dəhlizin açılması bir istiqamət üzrə də, Azərbaycan üzərindən Rusiya ilə İran əlaqələrinin açılması deməkdir və bu, bütövlükdə bölgənin iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edəcəkdir.

Cavid Nuriyev – fəal gənc, Vətən müharibəsi iştirakçısı

Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün yeni tarixin başlanğıcı olmaqla yanaşı, ədalətin də bərpasıdır

44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurumuzun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Tarixə nəzər yetirsək görərik ki, dəhlizin yaradılması üçün istifadə ediləcək Ermənistan ərazisi əslində tarixi Azərbaycan torpaqlarıdır.
Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanın, o cümlədən ölkəmizin beynəlxalq ticarətdə rolu əhəmiyyətli dərəcədə yüksələcək. Başqa sözlə desək, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi, Naxçıvana Zəngəzur üzərindən dəhlizin açılması həm də tarixi İpək yolunun ən mühüm marşrutlarından birinin işləkliyinin təmin edilməsi deməkdir.
Zəngəzur dəhlizi region üçün sülh, sabitlik, inteqrasiya qarantına çevriləcək. Dəhliz nəinki Azərbaycan və Türkiyəyə, ümumilikdə bütün region dövlətlərinə iqtisadi fayda gətirəcək. Dəhlizin açılması həm də vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin yenidən qayıdışı üçün imkanlar yarada bilər.
Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq.
Kifayət qədər zəngin faydalı qazıntı yataqlarına sahib olan muxtar respublikadan dəhlizin açılması oradakı yataqların işlənməsi üçün yeni emal komplekslərinin yaradılmasına imkan verəcək.
Dəhliz təkcə faydalı qazıntıların işlənməsində deyil, iqtisadiyyatın digər sahələrində də çoxşaxəli inteqrasiyanı təmin edəcək. Naxçıvanda yaradılan yeni iqtisadi imkanlar azad edilmiş rayonlarımızın iqtisadiyyatının qurulmasına, ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələnməsinə töhfə verəcək.

Adəm Rəhimli – Əlvənd kənd sakini

Zəngəzura bütün mümkün yollarla qayıtmağa israrlıyıq
20-ci əsrin əvvələrində Sovet rəhbərliyi tərəfindən Azərbaycanının ayrılmaz hissəsi olan Zəngəzuru parçaladı. Zəngəzur Azərbaycanın tərkibində olub. Qarabağın işğaldan azad olunması və ermənilərin tarixi məğlubiyyəti bütün Ermənistanı şok vəziyyətinə salmışdır. Onlar Ermənistan hakimiyyətinin Zəngəzuru Azərbaycana verməyindən bərk narahatdır. Azərbaycan Zəngəzur dəhlizi açılmaq məsələsindən geri çəkilməyəcək. Zəngəzur 44 günlük müharibənin məntiqi nöqtəsi oldu. Ermənilər və onların havadarları tarixi nə qədər öz xeyirinə dəyişdirməyə çalışsalar da Azərbaycan xalqı bu saxtakarlığa yol verməyəcəkdir. Böyük Ermənistan xülyası Zəngəzur dəhlizi ilə puç oldu. Bu torpaqlar əcdadlarımızın yaşadığı torpaqlardı. Dövlətimizin başçısı cənab İlham Əliyev Zəngəzur dəhlizinin önəmini belə dəyərləndirib – “Zəngəzur dəhlizinin yaradılması bizim tarixi, gələcək və milli maraqlarımıza cavab verir. Azərbaycan xalqı Zəngəzura 101 il keçdikdən sonra qayıdacaqdır”
Cənab Prezidentimizin sözlərindən sonra bir daha əmin oluruq ki, Zəngəzura bütün mümkün yollarla qayıtmağa israrlıyıq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Zəngəzur dəhlizi neçə illərdir ki, erməni işğalı altındadır. Prezidentimiz cənab İlham Əliyev Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirdi və Ermənistana mesaj verdi. Bildirdi ki, Ermənistan istəsə də, istəməsə də, bu dəhliz bərpa olunacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün əhəmiyyətini bir daha vurğulayıb. Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Zəngəzur dəhlizi regionun sülh qarantına çevriləcək

Gələcəkdə Zəngəzur dəhlizi və Azərbaycanla Naxçıvan arasında yaradılacaq dəmiryolu əlaqəsi həm də ümumilikdə Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin əsas elementlərini yaradacaq.
Belə ki, bu dəhlizin yaradılması təkcə Azərbaycanın və Türkiyənin geosiyasi və geoiqtisadi maraqlarına cavab vermir. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması strateji əhəmiyyət kəsb edir. Belə ki, Rusiya birbaşa münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğu Türkiyə ilə daha etibarlı və rahat nəqliyyat əlaqəsi qurmaq imkanı qazanır.
Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması ümumilikdə işğaldan azad olmuş ərazilərimizin dirçəlişi üçün unikal imkanlar açacaq. Zəngəzur dəhlizi regionda təkcə yeni geosiyasi reallıqlar yaratmır, həm də azad edilmiş ərazilərdə bərpa quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsi imkanlarını genişləndirir. Effektiv nəqliyyat infrastrukturu xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Nəzərə almaq lazımdır ki, ölkə Prezidentinin azad olmuş ərazilərimizdə hava limanlarının inşası ilə bağlı göstərişləri artıq yerinə yetirilməkdədir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz həmçinin, Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Bu səbəbdən də, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi. Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq. Tarixi torpağımız olan Zəngəzur dəhlizi regionda həm də siyasi-coğrafi ədalətin zəfərinə yol açacaq. Doğrudan da bu dəhlizin tərəqqiyə gedən yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda, sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsinə də dəlalət edir. Cənab Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha dəhlizin əhəmiyyətini xüsusi vurğulayaraq, Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bildirdi. Dövlətimizin başçısı xüsusi olaraq diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də belə həll ediləcək. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Tarixi torpaqlara qayıdış strateji planlama ilə həyata keçirilir

Tariximizin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfər təkçə hərb meydanında deyil, illərdi apardığımız qətiyyətli siyasətin, iqtisadi qüdrətin təntənəsidir. Ali Baş Komandanın dəmir yumruğu, müzəffər Azərbaycan əsgərinin rəşadəti və qəhrəmanlığı düşməni amansız acı məğlubiyyət yaşamağa məcbur etdi. Ermənistan heç bir zaman almadığı ən ağır zərbəni aldı, bütünlükdə ordusunu, hərbi gücünü və texnikasını itirdi. Qarabağda qazanılan zəfərdən sonra tarixi torpaqlarımızın bərpası, ora qayıdış bizim tarixi və təbii haqqımızdır. Biz işğaldan azad olunma ilə kifayətlənməməli, azad olunmuş torpaqların bərpası və oraya yenidən qayıdışı əsas şərt olaraq dəyərləndirməliyik. Artıq bu proseslərə start verilmişdir. Qayıdışın, quruculuğun ən böyük göstəricisi cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara artıq ənənə halın almış səfərləridir. Bu səfərlər bütün dünyaya erməni vəhşiliyini bir daha göstərmək və dövlətimizin, xalqımızın, ordumuzun qüdrətini, gücünü nümayiş etdirmək məqsədi daşıyır. Bəli, bu gün biz gücümüzlə, qüdrətimizlə düşmənə, onun havadarlarına bir daha sübut etdik ki, biz nəyə qadirik. Hədəfimiz bəllidir. Bu hədəf Zəngəzur, İrəvan, eləcə də erməni əsarətində qalan bütün tarixi torpaqlarımızdır.
Biz öz torpaqlarımızda yaşamalıyıq, yaşayacağıq!

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək

Vətən Müharibəsi bizim möhtəşəm qələbəmizlə başa çatdı. İndi bizi qarşıda çox böyük işlər gözləyir. Torpaqlarımızın azad olunması ilə qarşımızda yeni imkanlar yaranıb. Bu gün dövlətimiz üçün ən mühüm olan amillərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Hələ illər öncə möhtərəm prezidentimiz cənab İlham Əliyev Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsini türk dünyasının coğrafi parçalanması kimi qiymətləndirmişdi. 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi torpaqlarımızı heç vaxt unuda bilmərik və qazandığımız qələbə ilə bunu bütün dünyaya sübut etdik. Zəngəzur dəhlizinin açılması ilə qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizinin açılması ilə cənab Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi, Zəngəzur dəhlizini bərpa etməklə də, ata vəsiyyətini yerinə yetirmiş olacaq.
Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu “Turan yolu” adlandırırdı. Mənfur düşmənlər əlbəttə ki, Zəngəzurun coğrafi əhəmiyyətini çox gözəl anlayır və dərk edir ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Türkiyə ilə əlaqələrimizi daha gücləndirəcək. Ən əsası, isə odur ki, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Zəngəzur dəhlizinin açılması milli hədəfimizdir

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz sayəsində Azərbaycan öz qüdrətini, tarixi köklərinə dayanan sarsılmaz gücünü bütün dünyaya nümayiş etdirdi. Zəfər günü tariximizin ən parlaq səhifəsinə. Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Ali Baş Komandanının ətrafında sıx birləşərək mübarizlik, mətinlik, əzm nümayış etdirərək bəşəriyyətə haqqın, ədalətin hər zaman yanında olduğumuzu, işğalla heç zaman barışmayacaq bir dövlət. Xalq olduğumuzu göstərdik.
Bu qələbəni bizlərə yaşadan Ulu öndər siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Biz atrıq Qarabağımıza qovuşmuşuq və bu düşmən tapdağı altında xarabazarlığa çevrilən vətən torpağını yenidən bərpa etmək, ona yeni nəfəs, ruh vermək istiqamətində sistemli və planlı şəkildə quruculuq və abadlıq işlərinə start verilmişdir
Ali Baş Komandan öz çıxışında qeyd etmişdir: Biz öz tarixi torpaqlarımızı unutmamalıyıq, unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlarımıza qayıtmalıyıq. Bunu gənc nəsil də, dünya da bilməlidir. Bu bizim siyasi və strateji hədəfimizdir və tədricən bu hədəfə yaxınlaşmalıyıq.
Bizim hədəfimiz bütün işğal olunmuş Azərbaycan torpaqlarıdır və bu hədəfə çatmağa nail olacağıq.

Əbülfət Məmmədov – Zərdab şəhər sakini, ağsaqqal