Zərdab Rayon İcra Hakimiyyətində Vətən müharibəsində şəhid olmuş zərdablıların valideynləri ilə görüş keçirilib-FOTLARbackend

Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəhbərinin iştirakı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 8 nəfərin valideynləri ilə görüş keçirilmişdir.
Qanunla.Az xəbər verir ki,əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, 27 sentyabrda başlamış Vətən müharibəsində qələbənin qazanılmasında ölkəmizin başçısı, Ali Baş Komandan  İlham Əliyev cənablarının və Azərbaycan əsgər və zabitlərinin müstəsna xidmətləri olmuşdur. Bu gün bütün respublikamızın ərazisində yaşanan sevincli günləri xalqımıza Ali Baş Komandan və onun müzəffər ordusu bəxş etmişdir.
İcra başçısı bugünkü görüşün əlamətdar bir günə təsadüf etdiyini vurğulayaraq bildirmişdir ki, məhz bu gün Vətən müharibəsində qazanılmış “Böyük qələbə” münasibətilə zəfər paradı keçirilir. Bu zəfərin qazanılmasında Zərdab rayonundan müharibədə iştirak edən şəhidlərimizin və qazilərimizin də böyük rolu vardır. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizin tezliklə sağalmasını arzu edirik.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Azərbaycan oğullarının xatirəsi xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq və Müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılacaqdır.
Sonra şəhid ailələri adından çıxış edən Gəlmə kənd sakini, şəhid atası Qədir Hüseynov bildirdi ki, bizim övladlarımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması üçün şəhid olmuşdur. Bu bizim övladlarımız kimi hər bir Azərbaycan vətəndaşının borcudur.
Görüşdə şəhid ailələrinin sosial problemlərini dinlənilmiş və onlara maddi köməkliyin göstərilməsi qərara alınmışdır.