Zərdabda 20 Yanvar şəhidləri anıldı-FOTOLARbackend

Zərdab rayonunda 20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. 

Ümumxalq hüzn günündə rayon İcra hakimiyyətinin başçısı Mərdan Camalov, rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

Qanunla.Az xəbər verir ki,anım mərasimində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoydular. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edildi.


Vüqar Rəhimov