Zərdabda qanunsuz tikili sökülüb-FOTOLARbackend

Zərdabda qanunsuz tikili sökülüb.
Zərdab şəhər İcra Hakimiyyəti və Rayon Polis şöbəsi qanunsuz tikililərə qarşı mübarizə tədbirlərini gücləndirib.

Qanunla.Az xəbər verir ki,Zərdab şəhəri,Azərbaycan küçəsi, 6-cı məhəllədə yerləşən ikimərtəbəli yaşayış binalarının qarşısında insanların istirahəti üçün nəzərdə tutulmüş ərazidə qanunsuz, sənədsiz qaraj tikintisinin qarşısı alınmışdır.
Rayon ərazisində son vaxtlar sənədsiz və qanunsuz tikinti hallarının artması ilə əlaqədar olaraq, Rayon İcra Hakimiyyətinin başçısı və Rayon Polis şöbəsinin rəisi tikintinin aparıldığı ərazidə olmuş,qanunsuz tikinti işlərinin qarşısı alınmış və tikili sökülmüşdür.

Təəssüf hissi ilə qeyd edirik ki,araşdırma zamanı məlum olmuşdur ki,bu ərazidə qanunsuz tikilməkdə olan obyektə Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən göz yumulmuşdur.