Zərdabda torpağın altında silah gizlədən şəxs saxlanılıbbackend

Zərdab rayonunda torpağın altında odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, vətəndaş Cəmaləddin Xanməmmədovun üzərində silah-sursat gəzdirməsi barədə Zərdab Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Zərdab-Ağcabədi yolunda saxlanılıb.

Onun əlindəki ağ torbaya baxış zamanı döyüş sursatı olan ümumilikdə 157 ədəd patron aşkar edilib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Xanməmmədov Beyləqan rayonu ərazisində çöl sahədə 1 ədəd “AKM” markalı avtomatı torpağın altında basdıraraq gizlətdiyini bildirib. Göstərilən yerə baxış zamanı saxlanılan şəxs tərəfindən torpağın altında basdırılan 1 ədəd avtomat silahı, sandıqçanı və əlavə 30 ədəd patronu aşkar edərək götürüblər. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində müvafiq istintaq tədbirləri davam etdirilir.