Zərdabda yol infrastrukturunun inkişafı geniş vüsət alıb-FOTOLARbackend

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin bütün regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində bu gün Zərdab rayonu ərazisində də avtomobil yollarının bərpa və təmiri,səkilərin əsaslı təmiri,yeni yolların çəkilişi böyük vüsətlə həyata keçirilir. Müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadənin birbaşa nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə aparılır. Bu gün sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da davamlı şəkildə çoxşaxəli və irimiqyaslı layihələr həyata keçirilir. Məlum olduğu kimi, hazırda bütün dünyada qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının sürətlə yayıldığı dövrdə belə, bəzi strateji əhəmiyyət kəsb edən sahələrin fəaliyyəti hətta xüsusi karantin rejimində də dayandırılmamışdır. O cümlədən, Azərbaycanda yol-nəqliyyat sektorunda işlər bu gün də yüksək dinamika ilə davam etməkdədir. Ölkədə yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlərin effektiv nəticələri də göz qabağındadır.
Yeni asfalt örtüyü çəkilmiş həmin küçələrdə abadlıq işləri ilə yanaşı, həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada zolaqları və yolun hərəkət hissəsi ilə səki arasında yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.