Ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib – VİDEObackend

Goranboy və Göygöl rayonlarının bəzi meşə ərazilərində palıd və qarağac ağaclarında aşkarlanmış xüsusi təhlükəli ziyanvericilərdən sayılan “Dəyişik İpəksarıyan” kəpənəyinə qarşı Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin mütəxəssisləri tərəfindən mübarizə tədbirlərinə başlanılıb.

Nazirliyin ziyanvericilərə qarşı mübarizə üzrə mütəxəssisi Fərhad Rüstəmov “Yeni Gündəm” – ə bildirib ki, ziyanverici ilə sirayətlənmiş ümumilikdə 500 hektar ərazidə çiləyici aparatlardan istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib, ziyanvericinin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.