Bir müddət öncə 1-ci Ordu korpusu komandiri vəzifəsindən azad olunan general-mayor Hikmət Həsənov xidmətini Silahlı Qüvvələrin Hərbi Akademiyasında davam etdirir. Hikmət Həsənovu 1-ci Ordu korpusu komandiri vəzifəsində kimin əvəzlədiyinə gəlincə, bu haqda bir neçə dəfə təsdiqlənməmiş qeyri-rəsmi informasiya dərc edilib. Bu günlərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilmiş 15 iyun – Milli Qurtuluş günü münasibətilə keçirilən tədbir 1-ci Ordu korpusu komandirinin kim olduğuna aydınlıq gətiririlib.
“Yeni Gündəm” xəbər verir ki, tədbirdə iştirakçılara polkovnik Qiyas Abbasov 1-ci Ordu korpusu komandiri olaraq təqdim edilib.
Hərbi mənbələrin məlumatına görə, polkovnik Qiyas Abbasov daha əvvəl 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində xidmət edib.
Onun general-mayor Hikmət Həsənova yaxın hərbi kadr olduğu qeyd edilir.
Əslən Ağcabədi rayonunun Poladlı kəndindən olan polkovnik Qiyas Abbasov 2016-cı ilin “Aprel döyüşləri”nin iştirakçılarındandır. O, 2020-ci il sentyabrin 27-dən noyabrın 10-dak davam etmiş Vətən müharibəsində də iştirak edib.
Qiyas Abbasovun “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu bildirilir. //modern.az