Haqqımızda

“Yenigundem” internet qəzeti 2017-ci ilin avqustun 10-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

www.yenigundem.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr,reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və qəzetin internet saytında “qaynar-xətt” fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. “Yenigundem.az”ın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

Bununla yanaşı, “Gündəm Media” Qrupuna daxil olan internet resursunda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “Gündəm Media” Qrupu siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.

Hazırda Yenigundem.az “Facebook”, “Twitter”, “Instagram”, “Youtube” kimi sosial media platformalarında da təmsil olunur.

Təsisçi və direktor: Təbriz Məhərrəmoğlu

Baş Redaktor: Ramil Hüseynov


LOQOLARIMIZ