Amerikalı pop ifaçı Teylor Svift “Billboard’s Women in Music 2019” mükafatının “Onilliyin qadını” nominasiyasına layiq görüləcək dünyada ilk laureat olacaq.
“Yeni Gundem”in məlumatına görə, bu barədə “RİA Novosti” “Billboard” nəşrinə istinadən yazıb.
Mükafatlandırılma mərasimi dekabrın 12-də Los-Ancelesdə “The Hollywood Palladium” teatrında baş tutacaq.
Qeyd etmək lazımdır ki, Svift on dəfə “Qremmi” mükafatına layiq görülüb – onun beş albomu “Billboard 200” çartında ilk sıranı tutub, beş mahnısı isə ayrı-ayrı vaxtlarda “Billboard Hot 100”ə başçılıq edib.
Svift noyabrın 25-də baş tutacaq “American Music Awards 2019” mükafatlandırılma mərasimində də “Onilliyin artisti” adlandırılacaq.
Xatırladaq ki, ayrı-ayrı illərdə Sindi Loper, Janel Mone, Keysi Masqreyvs, Ariana Qrande və digərləri “İlin qadını” olublar.