10 nömrə ilə 600-cü qolbackend

La Liqanın 13-cü turunda “Levante” ilə matç (1:0) “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu 76-cı dəqiqədə fərqlənməklə Kataloniya klubunun heyətində 10 nömrəli forma ilə vurduğu qollarının sayını 600-ə çatdırıb. Bu, klub tarixində rekord göstəricidir.

Argentinalı oyunçu 2008/09-cu illər mövsümündən “Barselona”nın 10 nömrəsidir.