ABŞ-ın Oreqon ştatında koronavirusa yoluxmuş ən yaşlı xəstələrdən biri sağlığına qovuşub.
“Yeni Gündəm” “Fox News”a istinadən xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Uilyam Lapsçis bu günə qədər COVİD-19-dan sağalan ən yaşlı pasient olaraq qeydə alınıb.
Bu məqamda bildirək ki, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 215,357-yə çatıb, 5,113 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.