11 uşağı olan 36 yaşlı ana onları görün necə ayırır: Qarışdırmamaq üçün… – FOTObackend

11 övladı olan Veronika Merritt onları ayırmaq üçün maraqlı üsuldan istifadə edir.

“Yeni Gündəm” xəbər verir ki, Merritt övladlarını ayrımaq üçün onların adlarından deyil, rənglərdən istifadə edir. Bu üsulu seçməsinin səbəbini sosial media hesabından əyləncəli bir şəkildə izləyiciləri ilə bölüşüb. 36 yaşlı Merritt əri ilə birlikdə övladlarına Victoria, Andrew, Adam, Mara, Dash, Darla, Marvelous, Martalya, Amelia, Delilah və Donovan adlarını qoyublar. Uşaqların yaşıları isə 1-dən başlayaraq, sıra ilə iki il fərqlə 21-ə qədərdir. Ailə birlikdə 9 otaqlı evdə yaşayırlar.

Merritt uşaqları qarışdırmamaq üçün hərəsinə aid xüsusi rəng təyin edib. Bu rəng kodlama sistemi uşaqların geyimlərindən tutmuş otaqlarına da aiddir. Övladlarını rənglərlə çağıran ana bunun onlar üçün daha da asan olduğunu bildirib.