backend

Avropanın ən yaşlı qadın sakini Cuzeppina Robuççi İtaliyada dünyasını dəyişib.

“Yeni Gundem” “Mirror”a istinadən xəbər verir ki, qadın 116 yaşında vəfat edib.

Robuççi ömrü boyu üç sadə qaydaya əməl edib. O, uzunömürlülüyün sirrini sağlam qidalanmada, Allaha inamda və alkoqoldan imtina etməkdə görürdü.

C. Robbuçi 1903-cü il martın 20-də anadan olub. Onun 5 övladı, 9 nəvəsi və 16 nəticəsi var. Cuzeppinanın həyat yoldaşı 1985-ci ildə dünyasını dəyişib.