12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu.
“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdab rayon Pərvanlı kəndində, Kür çayı sahilində müxtəlif kateqoriyadan olan uşaq, yeniyetmə və gənclərin iştirakı ilə növbəti günərzi yay düşərgəsi təşkil olundu.
Uşaq, yeniyetmə və gənclərin yay tətilini daha maraqlı, yaddaqalan və səmərəli keçirmələrinə şərait yaratmaq, onların bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına dəstək olmaq, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq məqsədi ilə təşkil olunmuş düşərgədə müxtəlif müsabiqələr, idman yarışları və əyləncəli oyunlar, intellektual yarış və çay süfrəsi təşkil edilib, Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən musiqi və rəqs nömrələri nümayiş olunub.