Hər bir xalqın yaratdığı dövlətin qüdrəti onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu çərçivədə öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır. Məhz belə bir tarixi sınaqda xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünün strateji seçimini etmişdir. Müstəqil respublikamızın müdrik rəhbərinin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyası çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açmış, dövlət quruculuğu, iqtisadiyyat və ictimai – siyasi həyatda dinamik inkişafa güclü təkan vermişdir.
On iki fəsil, 158 maddədən ibarət olan bu Əsas Qanunun tam 48 maddəsi insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilmişdir. Konstitusiya ilə insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə uzun sürən totalitar sistemdə doğulub böyümüş ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından – əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir və söz azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə edilməsində iştirak hüquqları və sairədən yararlanmaq imkanı verilmişdir.
Doğrudan da, hər bir dövlət yalnız vətəndaşlarının təhlükəsizliyini, onların hüquqlarının və qanuni maraqlarının qorunmasını, müdafiəsini və bunun səmərəli bərpasını təmin etdikdə, mahiyyətcə hüquqi dövlət kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci (dövlətin ali məqsədi), 24-cü (insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi), 25-ci (bərabərlik hüququ), 26-cı (insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 60-cı (hüquq və azadlıqların məhkəmə təminatı), 61-ci (hüquqi yardım almaq hüququ), 71-ci (insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrində müstəqil, suveren milli respublikamızda insan hüquq və azadlıqlarına ali dəyər verilməsi, onların tanınması və müdafiəsində dövlətin vəzifəsi və s. məsələlər hüquqi həllini tapmışdır.
Eyni zamanda, bu maddələrin məzmununa əsasən, dövlət yalnız birbaşa Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqları deyil, həmçinin onlardan irəli gələn və qanun əsasında əldə edilən digər hüquqları da qorumağa və müdafiə etməyə borcludur.
Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşmişdir.
12 noyabr 1995-ci il xalqımızın və dövlətimizin tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi deməkdir. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoymuşdur. Milli intibah ruhu ilk milli Konstitusiyamızın məğzini təşkil edir. Ümummilli lider Heydər Əliyev məhz bu amili nəzərə alaraq qəti şəkildə deyirdi: “Müstəqilliyimiz əbədidir!”
Əsas Qanun müstəsna mənəvi dəyərə malikdir. Ötən 14 il, əslində, Azərbaycan cəmiyyətindəki mütərəqqi qüvvələrin və onlara verilmiş azadlığın tarixi sınağı olmuşdur. Xalqımız uzaqgörən rəhbərin ölməz ideyaları altında bu sınaqdan uğurla çıxmışdır.
Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanı bürüyən ümumi xaos və tənəzzül prosesi məhz Heydər Əliyevin hadisələrə tarixi müdaxiləsi sayəsində özünün hüquqi məcrasına salınmışdır. Azadlıq və hüquq uğrunda mübarizə tarixində bu qədər qısamüddətli zəfər nümunəsi yoxdur. Ulu öndər Heydər Əliyev xalqın istək və amalına konstitusion istiqamət verərək, milli tariximizi siyasi intibah mərhələsinə qaldırdıdı və sözün əsl mənasında, məhz bu tarixi mərhələdə millətin yaradıcı qüvvələri sərbəst buraxıldı, ictimai- mədəni və iqtisadi həyatda differensiya və plüralizm baş verdi.
Əsas Qanunda konseptual baxımdan azad insan amilini önə çəkən ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu mənada, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi xüsusi önəm daşıyır. Bu, beynəlxalq hüquqi sistemə inteqrasiyanın başlıca amilidir.
Avropa Konvensiyasında təsbit olunmuş və Avropa Məhkəməsinin qərarlarında inkişaf etdirilən ideya və hüquqi dəyərlərin Azərbaycanda insan hüquqlarının müdafiəsi sisteminə böyük müsbət təsiri vardır. Belə bir imperativ ilk milli Konstitusiyamızda 12-ci maddənin ikinci hissəsində təsbit olunmuşdur: “Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.
Buradan aşkar görünür ki, ümummilli liderimizin konstitusiyon idealı formal hüquq dövlətçiliyi deyil, maddi hüquq dövlətçiliyindən ibarət olmuşdur. O, ölkədə insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sistemini milli və qlobal səviyyədə yaratmağı, təkmilləşdirməyi və inkişaf etdirməyi əsas dövlət quruculuğu istiqamətlərindən biri hesab etmişdir. Azərbaycan vətəndaşının öz hüquq və azadlıqlarını qorumaq üçün milli imkanlarla bərabər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə – Strasburqa müraciət etmək və öz problemini beynəlxalq insidentə çevirə bilmək şansı tanınmışdır.
Bu gün milli Konstitusiyamızın hüquqi zəmini üzərində ölkəmizdə gerçəkləşən qanunçuluq mühiti Qərb hüquq sisteminə milli ədliyyəmizin sürətlə inteqrasiyasını təmin edir. Milli ədliyyədə presedentlər sistemi ilə Roma hüquq sistemi arasında ziddiyyətlərin aradan qaldırılması, beynəlxalq uyğunlaşma və uzlaşma prosesi gedir. Burada da ulu öndər Heydər Əliyevin humanizm baxışları, monumental hüquqi irsi başlıca rol oynamaqdadır.
Azərbaycan konstitusionalizmi hüquq və azadlıqların siyasi, ictimai və iqtisadi həyatın bütün sahələrində möhkəmlənməsi və qərarlaşması, normayaradıcı hüquqi gücə çevrilməsində əvəzsiz humanitar vasitədir. Odur ki, konstitusion hüquq və azadlıqların təminatının yaradılması istiqamətində hazırlanmış və qəbul edilmiş qanunvericilik aktları – “Vətəndaşlıq haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” , “Qaçqınlar və məcburi köçkünlərin statusu haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və başqa qanunlar xüsusi əhəmiyyətə malikdir. Qanunların aliliyi barədə müdrik rəhbərin qəti tələbləri milli hüquqi əxlaqın təməlidir: “Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm dövlət məmuru üçün, həm də şəhid ailəsi üçün”.
İlk milli Konstitusiyamızın qəbulundan ötən 14 il ərzində cəmiyyətimizin konstitusion əsasları qanunvericiliyin inkişafı ilə daha da möhkəmləndirilmiş, durmadan inkişaf etdirilmişdir. Bu sıraya daxil olan yeni-yeni qanunvericilik aktları və ayrı-ayrı maddələr konstitusion insan və vətəndaş hüquq və azadlıqlarının miqyasını daha da genişləndirməyə xidmət etmişdir. Məsələn, 1998-ci ildə ölkəmizdə senzuranın ləğvi tam reallığa çevrildi. “KİV haqqında”, “Televiziya və radio fəaliyyəti haqqında”, “İctimai yayım haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Reklam haqqında” və “Telekommunikasiya haqqında” qanunlar, Mülki Məcəllənin 23-cü maddəsi (şərəf, ləyaqət və işgüzar nüfuzun mülki-hüquq müdafiəsi), Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir), 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma), 202-ci (məlumatları qanunsuz yolla əldə etmə və yayma), 242-ci ( pornoqrafik materialları yayma), 283-cü (milli, irqi, sosial, dini nifrət və düşmənçilik salınması), 323-cü (dövlət başçısının şərəf və ləyaqətini ləkələmə və alçaltma), 324-cü (dövlət bayrağı və gerbi barədə təhqiredici hərəkətlər) və s. maddələr media hüququ ilə bağlı sosial davranışı yönəldən, məcburi yürüdülən qaydaları müəyyənləşdirmişdir.
Azərbaycan Respublikasının bir hüquqi dövlət kimi formalaşması, inkişafı və tanınmasında ümumi ədliyyə sistemindən kənar hüquq müdafiə təsisatının yaradılması ölkəmizin tarixində irəliyə doğru daha bir addım olmuşdur. İlk milli Konstitusiyamızda nəzərdə tutulmuş bu hüquqi statusun gerçəkləşməsi prosesinə 1997-ci ildə “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbulu ilə start verilmişdir. 1998-ci il iyulun 14-dən etibarən həmin məhkəmə fəaliyyətə başlamışdır. İlk gündən indiyədək Konstitusiya Məhkəməsi qanuni fəaliyyətinə uyğun olaraq, Konstitusiyamızın aliliyinin təmin edilməsi uğrunda fəal çıxış edir – Konstitusiya nəzarət orqanı kimi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində önəmli yer tutur. Bu məhkəmə həm norma nəzarəti, həm də Konstitusiyanın və qanunların rəsmi şərhi üzrə qəbul etdiyi qərarlarında ümummilli liderimizin konstitusionalizm ideyalarının reallaşmasına legitim yol açır, Əsas Qanuna uyğun gəlməyən müxtəlif qanun və digər normativ hüquqi aktları qanunvericilik sistemindən çıxarır, habelə hər cür hüquqi aktların və fəaliyyətlərin konstitusiya hüquqi məzmununu şərh edir. Əlbəttə, bütün bunlar, hər şeydən öncə, Azərbaycan cəmiyyətinin hər bir üzvünün geniş planda “Ümumdünya insan hüquqları Bəyannaməsinə” uyğun surətdə cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət hissinin təsdiqinə, onların bərabərlik və ayrılmaz hüquqlarına və azadlıqlarına, ədalətə və ümumi sülhə cavab verən konstitusiya atmosferində yaşamağına və fəaliyyət göstərməyinə hüquqi yardım və qanuni şərait yaradır.
Daha bir hüquqi amil Azərbaycan Respublikasının “İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi və fəaliyyət göstərməsi hesab edilməlidir. Ölkəmizdə hüquqi müdafiə sisteminin milli parametrlərinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına, daha doğrusu, Qərb standartlarına uyğunlaşdırılması cəmiyyətimizin həyatında bir sıra problemlərin həllində mütərəqqi yanaşma üsullarının tətbiqini artırır. Belə ki, sosial, iqtisadi və mədəni hüquqlar, özünütəyinetmə hüququ, işgəncə, ölüm cəzası, uşaq hüquqları, azlıqların hüquqları və s. problemlər həmin Konvensiyanın tələbləri səviyyəsində öz həllini tapmışdır. Milli Konstitusiyamızın 12-ci maddəsinin 1-ci və 2-ci bəndləri üzrə müstəqil respublikamızın həyata keçirdiyi bütün hüquqi tədbirlər Avropa və dünya üzrə insan hüquqları ilə bağlı ali təsisatlara təqdim olunmuş bütün məruzələrdə geniş müsbət əksini tapmışdır. Bunun əyani təsdiqi – ölkədə hökm sürən sabitlik və ümummilli konsensusdur. Təbiidir ki, konsensusa yalnız inandırma metodu ilə, demokratik prinsiplərin könüllü olaraq qəbul edilməsi şərtilə nail olmaq mümkündür.
Milli Konstitusiyamızın inkişafında referendum institutunun – ümumxalq səsverməsinin geniş tətbiqi də ümummilli konsensusa əsas yaradır. Bu, bir tərəfdən, hakimiyyətin mənimsənilməsinin qarşısının qətiyyətlə alınmasında, digər tərəfdən isə ümummilli liderimiz Heydər Əliyev kursunun bütün cəmiyyət həyatına nüfuz etməsinə səbəb olmuşdur. Ölkəmiz uzun illərin xroniki siyasi böhranlarından ləyaqətlə çıxaraq, rəvan, sabit və nəhəng inkişaf perspektivinə qovuşmuşdur.
Xalqın iqtisadi rifahının daha da yaxşılaşdırılması və ictimai-siyasi həyatda aparılan islahatlar, sürətli inkişaf və beynəlxalq aləmə daha sıx inteqrasiya müasir dövrdə Konstitusiyada müəyyən dəyişikliklər və əlavələrin edilməsi zərurətini yaratmışdır. Beləliklə, istər 2002-ci ilin (24 avqust), istərsə də 2009-cu ilin (18 mart) Konstitusiyaya dəyişiklik və əlavələri Əsas Qanunun daha da zənginləşdirilməsinə, dünyada müşahidə edilən müasir hüquqi tendensiyalara cavab verən ətraflı normativ hüquqi akta çevrilməsi üçün mühüm töhfə olmuşdur.
Bütün bunlar əyani surətdə sübut edir ki, müstəqil Azərbaycanın sürətli inkişafı yalnız qlobal layihələrdə onun oynadığı aparıcı rolla – “Əsrin müqaviləsi”, Bakı–Tbilisi–Ceyhan neft kəməri, tarixi İpək yolunun bərpası, yeni-yeni neft və qaz layihələri, müxtəlif qlobal kommunikasiya xətlərinin çəkilişi ilə məhdudlaşmır, eyni zamanda, bu inkişaf insan hüquqları sahəsində beynəlxalq hüquq sferasına inteqrasiya xətti ilə, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının prioriteti ilə, həqiqi demokratik siyasi rejim – maddi hüquq dövlətçiliyi və hüququn aliliyi prinsipi ilə daha sıx tellərlə bağlıdır.
Müstəqil Azərbaycan Respublikası öz banisi və qurucusunun ölməz siyasi kursuna daim sadiqdir. Ulu öndərin layiqli siyasi varisi, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin tanınması bazasında kompromis və konsensusun yaradılması istiqamətində geniş və ardıcıl fəaliyyəti gənc müstəqil respublikamızı nüfuzlu dövlətlər sırasında önəmli yerə çıxarmışdır. Bu baxımdan, Konstitusiyamızın hüquq müdafiə sferası – qanunçuluğun təkmilləşdirilməsi, Konstitusiyaya düzəlişlər aparılması qaydaları, nəzarət-yoxlama tədbirləri (parlament, idarəetmə orqanları, ictimaiyyət, prokuror nəzarəti), müdafiə tədbirləri, məsuliyyət tədbirləri getdikcə ictimai həyatın bütün qatlarına, cəmiyyətin bütün təbəqələrinə nüfuz edir və ictimai birgəyaşayışın və fəaliyyətin hüquqi sabitliyinin əsasına çevrilir.
Prezidentin əfvetmə istiqamətində həyata keçirdiyi sistemli konstitusion tədbirlər yuxarıda sadaladığımız bütün fəaliyyət istiqamətlərinin əsasını təşkil edir. Müstəqilliyinə yenicə qovuşmuş gənc respublikanın ictimai həyatında demokratiyanın prioritetliyini təmin etmək üçün cəmiyyətdə inzibati amillərdən daha çox mənəvi – əxlaqi saflaşdırma və ictimai tərbiyə amillərinə üstünlük verilməsi diqqəti cəlb edir. Az müddətdə geniş tətbiq edilən demokratik hüquq qaydalarından sui-istifadə və yanlış nəticə çıxarılması üzündən həyatda ağır səhv etməklə cinayət törətmiş insanların xeyli hissəsini – yüzlərlə məhbusu əfv etməklə Prezident İlham Əliyev ölkədə yürüdülən Heydər Əliyev siyasi kursunun humanitar mahiyyətinin praktik izahını vermiş, eyni zamanda, qanunçuluqda inzibati amilləri daha çox mənəvi amillərlə əvəz etməyin zərurətini əyani nümayiş etdirmişdir. Əfv olunanlar arasında bütün sosial təbəqələrin üzvləri – gənc, yaşlı, qadın və kişi, müxtəlif millətlərin nümayəndələri, ziyalı, savadsız, hərbi, mülki, eləcə də başqa kateqoriyalardan olan insanlar vardır.
Prezidentin konstitusion tədbirləri sırasında penitensiar qaydaların Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər xüsusi vurğulanmalıdır. Məhz bunun nəticəsidir ki, İşgəncə Əleyhinə Avropa Komitəsinin, Avropa İnsan Hüquqları Məhkəməsinin, BMT-nin respublikamızda penitensiar şəraitin humanitarlaşdırılması istiqamətində aparılan və qarşıda duran tədbirlərlə bağlı məruzə və hesabatlarında müsbət dəyişikliklər daha çox nəzərə çarpır. Əlbəttə, bütün bunlar respublikamızda insan hüquqları və əsas azadlıqların müdafiəsində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, dönməz siyasi xəttin real nəticələridir. Demokratiya və Konstitusiya idarəetmə yolunu, bir mənalı olaraq, ulu öndərimiz bugünkü və gələcək nəsillərə başlıca siyasi irs kimi qoyub getmişdir.
Prezident İlham Əliyev məhz bu çətin, lakin şərəfli irsin layiqli varisi kimi yorulmadan fəaliyyət göstərir, ölkədə konstitusionalizmin əbədi qərarlaşmasının, qanunlarımızın aliliyinin qarantı kimi çıxış edir. Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi yaşayır və inkişaf edir. Bu tərəqqinin müqəddəm şərtləri Heydər Əliyev kimi siyasi xadimi bəşəriyyətə bəxş etmiş xalqın geniş intellektual potensialı, tarixi dözümü və mənəvi dəyanətidir.
Çağdaş milli zəkamızın ümumdünya sivilizasiyadəhrində 90 illik yürüşünü təmsil edən flaqmanımızın – Bakı Dövlət Universitetinin bu günlərdə keçirilmiştəntənəli yubiley mərasimində Azərbaycan Prezidentiİlham Əliyevin çıxışında bu milli mənəvi qüdrətin dərintəhlili və qiyməti verilmişdir: “Bakı Dövlət Universitetinin məzunları öz fəaliyyəti ilə ölkəmizinçiçəklənməsinə dəyərli töhfələrini vermişlər. Ulu öndərHeydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi və bütün dövrlərdə – 1970-1980-ci illərdə və müstəqilAzərbaycanın Prezidenti kimi Bakı Dövlət Universitetinininkişafı üçün çox böyük səylər göstərmişdir”. Vətənimizin və xalqımızın maddi və mənəvi potensialıdurmadan artır və inkişaf edir. Əlbəttə, dövlətimizinbaşçısının milli intellektual elita və bütün xalqınqarşısında bəyan etdiyi reallıqlar və uğurlar Azərbaycanınüçüncü minillikdə epoxal yürüşdə tarixi perspektivinindəqiq ifadəsidir: “Biz elə etməliyik ki, uzun illər bundansonra da Azərbaycan öz müstəqil siyasətini apara bilsin. Bunu etmək üçün müxtəlif amillər lazımdır. İlk növbədəsiyasi iradə lazımdır. Digər tərəfdən, xalqla iqtidararasında birlik, sabitlik, əmin-amanlıq, inkişaf, iqtisadicanlanma, siyasi islahatların, demokratiya proseslərininsürətləndirilməsi lazımdır. Bütün bu amillərAzərbaycanda vardır”.
Bütün bunlar isə ilk milli Konstitusiyamızınqəbulundan ötən 14 ilin ərzində Vətənimiz, millətimiz və xalqımızın öz qarşısına qoyduğu və bəyan etdiyidemokratik quruluşa təminat vermək, vətəndaşcəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqıniradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyatsəviyyəsini təmin etmək, dünya xalqları ilə dostluq, sülhvə əmin-amanlıq şəraitində yaşamaq və s. ülvi niyyətlərəsarsılmaz sədaqətindən və əbədi bağlılığından irəli gəlir.
Nəsimi rayonu 247 sayılı tam orta məktəbin müəlliməsi/ Kərimova Pərvin Zakir qızı