Müğənni Roza Zərgərli ailə həyatı qurur.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə sənətçi “10-da görüşək” proqramında qonaq olarkən danışıb.
R. Zərgərli deyib ki, evlənəcəyi şəxs səkkiz illik pərəstişkarıdır:
“13 namizəd var, onlar arasından birini seçmişəm. Evlənəcəyik, az qalıb. Səkkiz illik fanatımdır, bir ildir tanıyıram və altı aydır ciddi münasibətimiz var. Evlilik təklifi almışam”.olay