Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Ağır Atletika Federasiyası məlumat yayıb.
Kənan Məstəliyev qeyd edib ki, Azərbaycan idmançılarının iştirakı artıq təsdiqlənib: “Bəli, ağır atletlərimiz İrəvanda keçiriləcək yarışlarda iştirak edəcək. Biz artıq iştirakımızı təsdiq etmişik. Yalnız qarşı tərəflə təhlükəsizliklə bağlı bütün detalları müzakirə etmək və s. Hələlik heç bir müvafiq əlaqə olmayıb”.
Fərahim Rəhimov