ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçilik rolunda çıxış etməkdə maraqlı olduğu görsənir. 2021-ci ildə ABŞ Prezident seçkiləri ilə əlaqədar hadisələrdən yayınsa da , sonra ki dövrdə hadisələrə yaxınlaşmağa başladı. Sonralar Amerikada xarici işlər nazirləri səviyyəsində görüşlər baş tutdu. Dəfələrlə hər iki tərəflə telefon danışığları baş tutdu. Faktiki olaraq Vaşinqton Brüssel formatını dəstəklədiyini açıqladı. Bu formatda görüşlərin keçirilməsinə müsbət yanaşdıqlarını səsləndirdilər.
Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili bildirib ki, bu günlərdə ABŞ yenə də öz vasitəçilik səylərini ortaya qoyaraq, məsələni gündəmdə saxlamağa çalışır.
“Xüsusilə ilə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsi qurması prosesləri sürətləndirdi. İstər-istəməz anlamalıyıq ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla münasibətləri var. Bu münasibətlərin də müəyyən xüsusi xətləri mövcuddur. ABŞ regionun lideri olan Azərbaycan ilə həmişə münasibətləri yaxşı saxlamağa çalışır. Ötən müddət ərzində həm NATO-nun, həmçinin ABŞ-ın sülh istiqamətindəki fəaliyyətini Azərbaycan dəstəklədi. Avropanın enerji təhlükəsizliyində Bakının aktiv iştirakı oldu. Vaşinqtonun Tehran siyasətində Bakının özünəməxsus rolu var.”.
O, qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti cənab İlham Əliyevlə telefon danışığı zamanı müzakirə olunan məsələlərə diqqət yetirsək görürükki, ABŞ-ın mövqeyi ortadadır.
“Cənab Prezident ölkəmizin mövqeyini həmişə olduğu kimi bu dəfə də müdafiə etdi. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasının Azərbaycanın daxili işi olduğunu bir daha bildirdi. Azərbaycan bundan sonra da qətiyyətlə irəliləyəcək. İlin sonuna kimi Ermənistan tərəfindən hər hansı bəhanə və təxribatlar ortaya çıxmasa sülhün əldə olunması reallaşacaq”,- deyə o qeyd etdi.
Fərahim Rəhimov