18 ildir icra başçısı işləyən Əziz Əzizov kimdir?backend

Beyləqanın yeni icra başçısı kimdir?

Əziz Əzizov 18 ildir icra başçısı işləyir.

O, 12 il Cəlilabadın, 1 il Yasamalın, son 5 ildə isə Suraxanı rayonunun icra başçısı olub.

Əziz Əzizov kimdir?

– 2021-ci ildəki Yasamal hadisələrində vətəndaşı yarıçılpaq şəkildə evindən çıxaran polis kapitanı Şəhriyar Hüseynzadənin qaynatası.

– Ağcabədi rayonunun icra başçısı Rail Hüseynovun qudası.

– Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovla birlikdə “Baku Mall” ticarət mərkəzinin şəriki.

– 90-TP-105, 90-CL-105, 10-TZ-105, 10-OP-105 nömrəli bahalı avtomobillər kolleksiyasının sahibi.

– Tülkü xəzindən papaqlar, hər birinin dəyəri 10 min manatdan artıq olan bahalı qış geyimlərinin sahibi.

– O, yağışlı havalarda çətir tutan işçi götürməsiylə tanınmışdı.

– Əziz Əzizov həm də, şəhid anasının qarşısına şəhidin fotosu təsvir olunmuş tort gətizdirməklə və anadan bu tortu kəsməsini istəməklə məşhurlaşmışdı.