182 saylı orta məktəbin direktoru özünə təmtəraqlı ad günü keçirdi… – Zinyət Tağıyeva üçün Təhsil Nazirliyində ayrıca yaş həddi var..?backend
Binəqədi Rayon 182 saylı orta məktəbin direktoru Zinyət Tağıyeva özünə dəbdəbəli ad günü keçirib.
“Yeni Gundem” xəbər verir ki, iki min şagirdin təhsil almalı olduğu müəssisədə hal-hazırda altı minə yaxın şagird təhsil alır. Vaxtilə keçmiş Təhsil Naziri Misir Mərdanovun ən yaxın kadrı kimi tanınan Zinyət Tağıyeva son zamanlarda dünyasını dəyişmiş Millət vəkilinin yaxını kimi tanınırdı. Bahalı hədiyyələrin Zinyət Tağıyeva tərəfindən qəbul edilməsi hər il olduğu kimi bu il də baş verib. Müəllimlərin təqaüdə çıxması üçün son yaş həddi 65 olsa da, deyəsən Zinyət xanım üçün Təhsil Nazirliyində ayrıca yaş həddi təyin olunub.
Biz də Zinyət Tağıyevanı 70 yaşı olması münasibətilə təbrik edirik.(Gundelik-bakı.com)