Əməkdar artist Coşqun Rəhimov Könül Kərimovanın ondan küsdüyünü etiraf edib.
Aktyor bu haqda “İzzət şou”da danışıb.
Coşqun Rəhimov bildirib ki, “Bu şəhərdə” tamaşası zamanı müğənnini parodiya etməsi onun xoşuna gəlməyib:
“Parodiya böyük bir sənətdir. Hansı müğənnini parodiya edirəmsə, sevə-sevə edirəm. Bircə, Könül Kərimova irad bildirmişdi. Ondan sonra ona toxunmadıq”.
Verilişdə qonaq olan müğənni Xatun Əliyeva “Onun xoşu gəlmir. Məndən də parodiyaya görə küsmüşdü” sözlərini əlavə edib.
Əməkdar artist Rafael İsgəndərov isə “Deyir ki, nə pisimə, nə yaxşılığma et” sözlərini deyib. (Axşam.az)