19 Sentyabr şanlı tariximizin qürurverici səhifəsidirbackend

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Məlahət İbrahimqızı paylaşım edib.

Respublikamızın suverenliyinin bərpası uğrunda erməni faşizminə qarşı həyata keçirilmiş uğurlu anti-terror əməliyyatında canından keçmiş əziz Şəhidlərimizin ruhları qarçısında baş əyir və xatirəsini ehtiramla yad edirik.