20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilibbackend

Energetika Nazirliyində ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində şərəfli yer tutan 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək, qanlı yanvar hadisələrini Azərbaycan xalqınınyaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd edib. 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsindəölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunub. 20 Yanvar hadisələrininAzərbaycanın milli kimliyini formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.

Qeyd edilib ki, yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyası yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısınıntəşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Çıxışda o da vurğulanıb ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi azadlıq uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhlarını şad edib, onların qisası alınıb.

Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.