İngiltərənin “Lids” klubunun qapıçısı İllan Melye Premyer Liqanın 18-ci turunun təxirə salınmış “Sauthempton”la oyununda (3:0) yeni rekorda imza atıb.
20 yaşlı qapıçı Premyer Liqa tarixində bir mövsümdə ən çox “quru oyun” keçirən ən gənc qolkiper olub. Melye bu mövsüm 8 matçda qapısını toxunulmaz saxlayıb.
Fransanın gənclərdən ibarət yığmasının da üzvü olan qolkiper, bu mövsüm “Lids”lə Premyer Liqada 24 oyuna çıxıb və qapısından 42 top buraxıb.