“Pantone” Beynəlxalq Tədqiqatlar İnstitutu 2020-ci ilin başlıca rəngini açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, şirkət açıqlamanı İnstaqram səhifəsində edib. “Pantone” gələn ilin rəngini “klassik mavi” olaraq müəyyən edib.
“Bu, ölməz və sakit, öz sadəliyi ilə zərif çalardır. O, alaqaranlıq səma haqqında fikirləri ifadə edir və təhlükəsizlik hissi verir”, – deyə şirkət qeyd edib.
Daha əvvəl “Pantone”nin vitse-prezidenti Lori Pressman da 2020-ci ildə dizaynerlərin də bir çox kolleksiyalarda mavidən istifadə edəcəklərini proqnozlaşdırmışdı.