Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun yenə açıq-saçıq geyimi ilə gündəmə gəlib.
“Yeni Gundem”xəbər verir ki, 22 yaşlı gənc ifaçının “5-də 5” proqramına geyindiyi paltar müzakirə mövzusuna çevrilib. Belə ki, proqramdan əvvəl aparıcı Zaur Kamal Aysunla fotosunu instaqram səhifəsində paylaşıb.
İsmayılovanın dərin sinə dekoltəsi şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Hətta, onun bu geyimdə efirə çıxarılması qınanılıb. Z. Kamal canlı efirdə yazılan tənqidlərdən bir neçəsini səsləndirib, daha sonra postda şərh bölməsini bağlayıb.
Aysun isə “Bədən ölçülərim buna icazə verirsə, niyə geyinməyim? Mənə nə olub ki?” cavabını verib.