232 saylı uşaq baxçasında təhlükə – Uşağımı xəstə etdilər. Onu hər an itirə bilərik!backend

“Azərbaycan Reallığı”na müraciət edən Hüseynova Elnurə bildirir ki, Xətai rayonu Babək prospekti 232 sayli uşağ baxçasından şikayətçidir. 

Onun sözlərinə görə, 3 yaşlı övladı Hüseynov Muhəmməd bir neçə gün öncə baxçaya apardığı vaxt ağır xəstə olan digər uşağı baxçaya qəbul etdilər. Qızdırmalı boğaz ağrısı olan uşaqı bilə-bilə aparıb sağlam uşaqlarla bir sırada otuzdurdular.

Mən buna görə xəstə uşağı qəbul edən Bəhriyyə və medsestra Gülşən müəlliməyə irad bildirəndə məni təhqir etdilər.

Onlara öncədən bildirmişdim ki, mənim övladım qızdırması olanda sudurğa keçirir. Bunu bilə-bilə xəstə uşağı baxçaya buraxmaqla mənim övladımı və digər uşaqları təhlükə altına atdılar. Bu azmiş kimi məni müəllim adına layiq olmayan söyüşlərlə təhqir etdilər.

Baxça rəhbərliyinə şikayət etdim, əvəzində medsestra Gülşən xanım daha sərt şəkildə üstümə gələrək bu dəfə mənim yaxınlarımı təhqir etməyə başladı. Aidiyyəti qurumlara şikayətlər etsəm də baxan yoxdur.

İndi isə uşağım qızdırmadan ayıla bilmir. Gözümün önündə əriyib gedir. Hər gün iynə dərman gözlərı şişib. Göz görə-görə 3 yaşlı uşağımı təhlükəyə atdılar. Hər an onu itirə bilərəm.

Gecə-günduz yatmıram, hər an sudurğa keçirib dili qatlana bilər. Uşaqların sağlamlığı yoxlanılmadan içəri buraxılır, etiraz edəndə isə cavab alırıq ki  “yaxşı etmişik!”.

Xaiş edirəm adiyyəti qurumlar məsələni nəzarətə götürüb dərhal tətbiq görsünlər – deyə ana fəryad edib

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq