25 yaşlı gənc qadın cəmi 700 manata donor oldu: BAŞINA OYUN GƏLDİ…backend

Son illər sosial şəbəkələrdə Azərbaycanda işsiz və pula ehtiyyacı olan qadınlar üçün yeni iş imkanı adı altında müxtəlif təkliflər irəli sürülür. Bunların başında folekul donor olmaq təklifi durur ki, bu da insan al-verinin bir digər növüdür. Xüsusən “İnstagram” sosial şəbəkəsində folekul satışının həyata keçirildiyi yüzlərlə səhifələr var. Bu səhifələr açıq səviyyədə qadınların işsiz və pula ehtiyacı olmasından istifadə edərək onlara təkliflər irəli sürür.

Bu tələyə düşən qadınlardan biri Sonxeber.az-a müraciət edib.

25 yaşlı Aynur Səlimova ( ad şərti) Aytən Sonsuzluq Mərkəzinə yumurta hüceyrələrini satdıqdan sonra səhhətində problemlərin olduğunu bildirib:

“Folekul donoru ilə bağlı elanı sosial şəbəkədə gördüm. Toma adlı qadın “İstagram”da folekul donoru ilə bağlı paylaşımlar edirdi. Maraqlı gəldiyi üçün onunla əlaqə saxladım. 400-700 manat aralığında mənə pul təklif olundu. Toma adlı qadın mənə prosesin çox sadə olduğu deyilirdi. Mənə Aytən Sonsuzluq Mərkəzinə yaxınlaşmağım deyildi. Müayinədən sonra donor kimi uyğun bildilər. 11 gün ərzində mənə hormonal iynələr vuruldu. 27 mayda əməliyyat olundum. Məndən 28-29 yumurta hüceyrələri götürüldü. Əməliyyatın yaxşı keçdiyini söylədilər. Mənə ilkin olaraq 400 azn pul verdilər.

Mənə deyilmişdi ki, əməliyyat çox sadədir. Ağrısız-qansız 5 dəqiqəlik maye toplanması olacaq. Əməliyyatın səhərisi günü vəziyyətim pisləşdi. Mayın 30-da isə isə vəziyyətim daha da ağırlaşdığı üçün təcili tibbi yardım çağırıldı. Təcili tibbi yardımla Caspian hospitala aparıldım. Bu zaman Toma xanım mənə kiçik miqdarda pul göndərdi ki, burada müalicə ala bilim. İyunun 2-də yenidən xəstəxanaya aparıldım. Qarnımda 2 litr maye olduğu deyildi. Mayənin çəkilməsi üçün iyunun 3-də yenidən əməliyyat oldum. Bu əməliyyatdan sonra vəziyyətin düzəlməyə başladı.

Əməliyatdan sonra vəziyyətimin ağırlaşacağını gözləmirdim. Verdiyi ödənişin hamısını müalicəyə xərclədim. Mənim vəziyətimin belə pisləşməsinin səbəbi nə idi anlamadım, Verdiyi ödənişdən mənə heç bir qazanc qalmadı. İndi hələ də tam sağalmamışam, qarnımda və ayaqlarımda şiş var. Rahat hərəkət edə bilmirəm”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.