Böyük Britaniyanın nəhəng “Mace International Limited Şirkəti” nin Azərbaycandakı Filialı ləğv olunur.
“Yeni Gundem” xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Filialın hüquqi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Mace International Limited Şirkəti”i Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərir. Şirkət tərəfindən Bakıda “28 Mall” ticarət mərkəzi, “Port Baku Rezidens”, “Four Seasons” oteli,“Milli Gimnastika Arenası” və s. nəhəng layihələr tikintisi həyata keçirilib.