30 milyonluq evini sata bilmədi, kirayə verdi – Fotolarbackend

İstanbulda evini 30 milyon lirəyə (8 milyon 610 min AZN) satışa çıxaran Gülşən müştəri tapa bilməyib.

“Yeni Gundem” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi “Zorlu Center”dəki məzilini kirayə vermək niyyətinə düşüb.

O, evlərin kirayə verilməsi barədə məlumat paylaşan internet portallarına müraciət edib. Gülşən həmin evdə yaşamaq qarşılığında aylıq 35 min lirə məbləğində (10 min AZN) pul istəyib.

Qeyd edək ki, aranjımançı Ozan Çolakoğlu ilə evli olan ifaçı oğlu Azur dünyaya gəldikdən sonra İstanbulun başqa ərazisinə köçüb. O, 15 milyon TL-yə (4 milyon 305 min AZN) aldığı daşınmaz əmlakı 30 milyona satmaq qərarına gəlib. Lakin alıcılar endirim istəyib, pop ulduz isə bununla razılaşmayıb.

Hətta, Gülşən kirayə qiymətində də endirim etməyəcəyini qeyd edib.