30 yaşlı əməkdar artist övladlığa uşaq götürdü (FOTOLAR)backend
Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb.
“Yeni Gundem” xəbər verir ki, 30 yaşı olan sənətçi ailə qurmadan belə addım atmasını valideynlərinin dəstəklədiyini bildirib. Nigar bu haqda “Space”də qonaq olduğu “Həmin vaxt” verilişində deyib:
“Ana olmaq istəyirdim, yenə də ümidimi kəsmirəm. Buna baxmayaraq, 4 aylıq qız uşağını övladlığa götürdüm. 9 ay uşağı bətnində gəzdirməsəm, əziyyətiləri çəkməsəm də, onu sevirəm. İnanıram ki, analıq hissini ona verəcəm. Adı Nəfisədir. İnşallah, məni çox sevər, qızımı istədiyim kimi böyüdərəm.
Bunu belə tez bir zamanda açıqlamaq istəmirdim. Ana 9 ay uşağı bətnində gəzdirən deyil. Onu böyüdüb, əziyyətini çəkmək də analıqdır”.