“Qalatasaray”ın 34 yaşlı futbolçusu Rayan Donkun Surinam milli komandasında oynaması üçün hüquqi prosedurlar həllini tapıb.
“Yeni Gündəm” xəbər verir ki, yaxın keçmişdə Hollandiyanın (indiki Niderland) aşağı yaş qrupları üzrə milli komandalarında oynamış mərkəz müdafiəçisi barədə FİFA qərar verib.
Qeyd edək ki, Donk Hollandiyanın U-21 millisi ilə 23 matçda meydana çıxıb. Yeni qərara əsasən, Rayan Donkla yanaşı Mikel Nelom, Mitçell Donald, Dieqo Bisesvar və Kelvin Lerdam da Surinam millisində oynamasına icazə verilib.
Əlavə edək ki, Surinam millisi tarixində ilk dəfə olaraq CONCACAF Qızıl kubokunda iştirak etmək hüququ qazanıb.