Argentina çempionatının qalibi müəyyənləşib.
“Yeni Gündəm” xəbər verir ki, 22-ci turda “River Pleyt” “Rasinq”i 4:0 hesabı ilə məğlub edib və sona 3 tur qalmış bütün rəqibləri üçün əlçatmaz olub.
Paytaxt təmsilçisi 52 xalla ən yaxın izləyicisi “Defensa i Xustisiya”nı 12 xal qabaqlayıb.
Bu, “River Pleyt”in tarixində 36-cı çempionluğudur.