Xalq artisti Röya Ayxan seksual fotoları ilə nəfəs kəsib.
“Yeni Gündəm” xəbər verir ki, 38 yaşlı cazibədar sənətçi cəsarətli paylaşımı ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Üzərinə qara pencək geyinən Röya ağ rəngli alt geyimində seksual poz verib. Ecazkarlığı ilə göz qamaşdıran xalq artisti saçlarını uzadaraq, dalğavari şəkildə çiyinlərinə atıb.
Hollivud ulduzlarına meydan oxuyan Röya ideal-fit bədən quruluşu ilə görənləri heyran edib.
Pop ulduzun bənzərsiz və nəfis imici üzərində dünya şöhrətli vizajist və stilist Anar Ağakişiyev çalışıb.
Qeyd edək ki, Röya Ayxan “Qəribə dünya” adlı mahnısına ekran həyatı verməyə hazırlaşır.