4 əsr əvvələ aid daşın üzərindəki mesaj insanları şoka saldı – “Məni görsəniz…” – FOTObackend

Çexiyadan başlayan və Almaniyaya qədər uzanan Elba çayının sahilində meydana çıxan Aclıq daşları Avropadakı quraqlığın şiddətini ortaya qoyub.

”Yeni Gündəm” xarici KİV-ə istinadla bildirir ki, Decin şəhərində çay yatağının sularının çəkilməsi ilə 1616-cı ilə aid daşın üzərində “Wenn du mich siehst, dann weine” (Məni görsən, ağla) ifadəsi peyda olub.

 

Bu daşlar keçmiş quraqlıq zamanı çaya basdırılıb ki, suyun səviyyəsi gələcək nəsillərə su yenidən bu səviyyəyə düşərsə, aclıqdan əziyyət çəkəcəkləri barədə xəbərdarlıq olsun.