4 yaşlı uşaq atasının silahı ilə özünü vurdubackend
4 yaşlı qız atasnın silahı ilə atəş açaraq ağır yaralanıb.
“Yeni Gundem” Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Corciya ştatında 4 yaşlı qız evdə atasının silahı ilə başına atəş açaraq ağır yaralanıb.
Polis Departamenti verdiyi açıqlamada 24 yaşlı ata Davion Danielsin telefonla danışmaq üçün silahını yuxarı mərtəbədə qoyub aşağı endiyini bildirib.
Ailəsi tərəfindən xəstəxanaya aparılan qızın əməliyyat olunduğu və həyati təhlükəsi olduğu qeyd olunub.