“40 yaşdan sonra nə evlənmək…”backend

Müğənni Nigar Camal şəxsi həyatı ilə bağlı danışıb.

“Yeni Gündəm” xəbər verir ki, həmkarı Roza Zərgərlinin sevgi ilə bağlı suallarını cavablandıran Nigar ailə qurmaq istəmədiyini deyib:

“Ailə qurmaq istəmirəm. 40 yaşdan sonra nə evlənmək…”

Qeyd edək ki, 41 yaşlı müğənni bir dəfə ailəli olub və boşanıb. Onun bu evlilikdən bir qız övladı var.