Yaponiyanın “Yakohama” klubu futbolçusu Kadzuesi Miura ilə müqavilənin müddətini uzadıb.
“Yeni Gündəm” xəbər verir ki, 54 yaşlı hücumçunun yeni sözləşməsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Kadzuesi Miura dünyanın ən yaşlı futbolçusu kimi tarixə düşüb.
Qeyd edək ki, 2005-ci ildən “Yakohama”da çıxış edən Miura Yaponiya yığmasının sabiq üzvüdür. Millidə 89 oyuna 55 qol vuran hücumçu 1992-ci ildə Asiya kubokunu qazanıb.