Dünya şöhrətli italiyalı aktrisa Monika Belluççi “Madame Figaro” jurnalının növbəti buraxılışının siması olub.
“Yeni Gündəm” xəbər verir ki, 55 yaşlı Monika qızları – 15 yaşlı Deva və 9 yaşlı Leoninin ataları, məşhur aktyor Vinsent Kasselə yaxın olmaq üçün karantini Fransada keçirməsi barədə nəşrə geniş müsahibə verib.
M.Belluççinin sözlərinə görə, qızları dərslərini onlayn şəkildə öyrənirlər. Ozü isə yeni filmin ssenarisi üzərində çalışır və sonsuz təyyarə uçuşlarından dincəlir.
Jurnal üçün dəbdəbəli evində fotosessiya etdirən cazibədar aktrisa gözəlliyi və ecazkarlığı ilə göz oxşayıb. Bununla yanaşı, Monikanın saçlarına “əl gəzdirərək”, qısaltması diqqətdən qaçmayıb. İdeal bədən quruluşu ilə dünya kino ulduzu görənləri heyran qoyub.
Qeyd edək ki, M.Belluççi 14 il aktyor Vinsent Kassel ilə ailəli olub. Cütlük 2013-cü ildə boşanıb.